Məşğələlər şəhərin müxtəlif təhsil mərkəzlərində keçilir. Sizə uyğun məkan, zaman, yaş qrupu və istiqamət üzrə aşağıdakı kurslardan birini övladınız üçün seçə bilərsiniz.
Mars Academy keyfiyyətli STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə verir. Mars Academy 21-ci əsrin ən vacib bacarıqlarını ən kiçik yaşlardan tədris etməyi qarşısına məqsəd qoyan STEAM (Science, Technology, Engineering, Art & Math) təhsil şirkətidir. Məqsədimiz qabaqcıl texnologiyalardan istifadə etməklə, təhsili əyləncəli etmək, uşaqlara müxtəlif məktəb fənlərində əldə etdikləri biliklər arasında əlaqə qurmaq və bu bilikləri tətbiq etməyi öyrətmək, bununla da, gələcəyin texnologiyalar dünyasında uğur qazanmalarına kömək etməkdir. Mars Academy olaraq bizi fərqləndirən əsas cəhətlər keyfiyyətli tədris planı, beynəlxalq tərəfdaşlarımızın təcrübələrinin yerli xüsusiyyətləri nəzərə almaqla tətbiq olunması, davamlı olaraq texniki və pedaqoji təlimlərdə iştirak etməklə STEAM sahələrinin tədrisi üzrə ixtisaslaşmış müəllim komandası, uşaqların maraq dairələrinin, yaş xüsusiyyətlərinin və arzularının nəzərə alındığı məşğələlərdir.